Avropanın ən güclüsü müəyyənləşir - İngiltərə, yoxsa İtaliya?

12:30 - 11 İyul 2021

Bu gecə futbol üzrə Avropa çempionunun adına aydınlıq gələcək.

 

Sportal.az xəbər verir ki, qitənin ən güclüsü adı uğrunda İngiltərə və İtaliya milli komandaları üz-üzə gələcək. Qarşılaşmanı niderlandlı hakim Byörn Kuypers idarə edəcək.

 

Qeyd edək ki, Londonun "Uembli" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti