Avropa çempionatının qalibi məlum olub.
Sportal.az xəbər verir ki, final matçında İtaliya və İngiltərə milliləri üz-üzə gəliblər. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn İtaliya AÇ-2020-nin qalibi adını qazanıb və tarixində ikinci dəfə Avropa çempionu olub.
11 iyul
Avro-2020
Final
23:00. İtaliya – İngiltərə - 1:1 (Penaltilər seriyası - 3:2)
Qollar: Leonardo Bonuççi, 67 - Lyuk Şou, 2