"Bir gecədə mənə yüzlərlə dəstək mesajı gəlib" - Mahir Emreli

14:14 - 18 İyul 2021

Mahir Emreli "Legiya"nın Polşa Super kubokunda "Rakuv"a penaltilər seriyasında uduzduğu oyunla bağlı sosial hesabında paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu penaltini qeyri-dəqiq yerinə yetirməsində yazıb:

 

"Uğursuz penaltidən sonra bir gecədə mənə yüzlərlə dəstək mesajı gəlib, müxtəlif sosial platformalardan minədək yerdə adım qeyd olunub. Bu da mənim ruhuma sakitləşdirir və bu səbədən sizə təşəkkür edirəm. Futbol inanılmaz oyundur və milyonlarla insanın ürəyini duyğularla doldurur, bunun öhdəsindən gəlmək bəzən çox çətindir. Yaxşı oyun üçün komanda yoldaşlarıma təşəkkür edirəm, dəstəklərinə görə minnətdaram".

 

Xəbər xətti