"Keşlə"nin rəqibi "Rubin"ə qalib gəldi

12:26 - 19 İyul 2021

“Keşlə”nin Konfrans Liqasında rəqibi olan “Soçi” “Parimatç” turnirində son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “Soçi” Rusiyanın digər təmsilçisi “Rubin”lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Komandanın qollarını Danila Proxin, Maksim Barsov və İvelin Popov vurub. 

 

“Keşlə” bu komanda ilə ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq.

Xəbər xətti