“Keşlə”yə qarşı hücum futbolu oynayacağıq” - "Soçi"nin baş məşqçisi

19:19 - 19 İyul 2021

Rusiyanın “Soçi” klubunun baş məşqçisi Vladimir Fedotov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Keşlə” ilə keçirəcəkləri ilk oyun barədə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Rusiya mətbuatına açıqlamasında ev oyununa ciddi hazırlaşdıqlarını bildirib:

 

“Avrokuboklar öncəsi qələbə qazanmaq vacib idi. Bu, komandaya özünəinam gətirməklə yanaşı, əhval-ruhiyyəni yüksəldir. “Keşlə” ötən mövsüm Azərbaycan çempionatında 8 komanda arasında 6-cı yeri tutub. Kuboku qazandıqları üçün Konfrans Liqasına vəsiqə əldə ediblər. Rəqib haqqında məlumatımız azdır. Heyətdə bəzi rotasiyalar olub, keyfiyyətli oyunçular alıblar. Məlumat toplamağa, necə, hansı taktiki sxemlə oynadıqlarını müəyyənləşdirməyə çalışırıq. Hücum futbolu oynayacağıq. Çünki ilk oyunda sərfəli nəticə qazanmaq istəyirik”.

 

İyulun 29-da keçiriləcək “Soçi” – “Keşlə” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xəbər xətti