"Real" ulduz futbolçunu transfer edib Ramosun nömrəsini verdi

15:26 - 21 İyul 2021

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Bavariya"dan ayrılan müdafiəçi David Alabanı transfer edib. Avstriyalı müdafiəçi "kral klubu"nda 4 nömrəli formanı geyinəcək. Bu forma daha əvvəl PSJ-yə tranfer olan Serxio Ramosa məxsus idi.

 

Qeyd edək ki, David Alaba 2010-cu ildən "Bavariya"da çıxış edirdi. 29 yaşlı müdafiəçi münhenlilərin heyətində meydana çıxdığı 281 oyunda 22 qol vurub.

Xəbər xətti