Milli üzvü "Bavariya"da qalmaq istəmir

17:30 - 22 İyul 2021

Leon Qoretska "Bavariya"nı tərk edə bilər.


Sportal.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Münhen klubu 26 yaşlı yarımmüdafiəçinin sözləşməsini yeniləmək istəsə də, Qoretska şərtlərlə razılaşmır.

 

Qoretska ilə İspaniyanın "Real", "Barselona" və İngiltərənin "Mançester Yunayted" yaxından maraqlanır.

 

Almaniya millisinin də üzvü olan futbolçunun "Bavariya" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdi.

Xəbər xətti