10 idmançımız olimpiadada mübarizəyə başlayır - anons

Bu gün idmançılarımız Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

 

Sportal.az xəbər verir ki, 10 təmsilçimiz bu gün mübarizəyə start verəcək. Boksçulardan Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/16 final mərhələsinin döyüşlərinə çıxacaqlar.

 

Cüdoçulardan Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) mübarizəyə başlayacaqlar.

 

100 metr məsafəyə batterflayda üzgüçü Məryəm Şeyxəlizadə Xangah, 400 metr qarışıqda isə Maksim Şemberev təsnifat mərhələsində yarışacaq.

 

Velosipedin şosse növündə Elçin Əsədov yarışacaqsa, idman gimnastı İvan Tixonov təsnifat mərhələsində uğur qazanmağa çalışacaq.

 

10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında isə Ruslan Lunyov mübarizə aparacaq.

 

Tokio-2020 Yay Olimpiya Oyunları

24 iyul

 

Boks

57 kq
13:36. 1/16 final.Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam)

 

69 kq
14:54. 1/16 final. Lorenso Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan)

 

+91 kq
15:27. 1/16 final. Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn)

 

Velosiped idmanı - şosse

06:00. Elçin Əsədov

 

İdman gimnastikası

05:00. Təsnifat. İvan Tixonov

 

Cüdo

60 kq

06:00. 1/16 final. Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)

 

48 kq

06:00. 1/16 final. Aişə Qurbanlı - Katarina Koşta (Portuqaliya)

 

Üzgüçülük

100 metr batterflay

14:25.Təsnifat. Məryəm Şeyxəlizadəxangah

 

400 metr qarışıq.

14:07. Təsnifat. Maksim Şemberev

 

10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma

08:00. Ruslan Lunyov.

Tarix: 24 İyul [01:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2021
24  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio