"Qarabağ" müdafiəçisini itirdi

22:06 - 29 İyul 2021

Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Aşdod"la qarşılaşan "Qarabağ"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İsraildə keçirilən matçın 20-ci dəqiqəsində Ağdam təmsilçisinin mərkəz müdafiəçisi Rahil Məmmədov zədələnib. 26 yaşlı futbolçu oyuna davam edə bilməyib və İsmayıl İbrahimli ilə əvəzlənib.

 

Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən görüşdə "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edir.

Xəbər xətti