Mikayıl Cabbarov "Qarabağ"ın oyununu izlədi - FOTO

11:05 - 30 İyul 2021

İqtisadiyyat naziri  Mikayıl Cabbarov və "Zirə"nin fəxri prezidenti Orxan Məmmədov "Qarabağ"ın İsraildə "Aşdod"la keçirdiyi oyunu stadionda izləyib.

 

Sportal.az xəbər verir ki, O. Məmmədov öz tvitter paylaşımında Ağdam təmsilçisini təbrik edərək fotolar paylaşıb:

 

"Qarabağ" Futbol Klubunun ölkəmizi Avropada qrup mərhələsində yenə təmsil edəcəyinə ümid edirik. İsraildə səfərdə olan rəsmi nümayəndə heyəti olaraq "Aşdod"la bugünkü oyunu izləməyə fürsətimiz oldu. "Qarabağ" kollektivini növbəti mərhələyə çıxmaq münasibəti ilə təbrik edirəm!"

 

Qeyd edək ki, "Qarabağ" Bakıda 0:0 hesablı he-heçə etdiyi rəqibinə səfərdə 1:0 hesabı ilə qalib gələrək adını 3-cü təsnifat mərhələsinə yazdırıb.

 

Resim

Resim

 

ResimResim

Xəbər xətti