“Keşlə”nin braziliyalı futbolçusu Felipe Santos Sportal.az saytına müsahibə verib:
- “Keşlə” dünən də ilk oyundankı kimi “Soçi”yə uduzdu. Matçla bağlı düşüncələrin necədi?
- Oyuna çox yaxşı başlamışdıq. Ritm yarada bilmişdik. Sadəcə epizodlarda son nöqtəni qoyub, qərarlar verə bilmirdik. Biz inki.af etməyə davam edirik.
- Səncə, nəyə görə komandan meydanı məğlubiyyətlə tərk etdi? “Soçi”dən çox zəif idiniz?
- Əslində “Soçi” cütün favoriti idi. Amma biz onlrla bərabərsəviyyəli oyun oynadıq. Hələ bizim itkilərimiz var idi.
- Komandan uduzsa da, oyun sənin üçün məhsuldar alındı. Bir qol, bir assistlə yadda qaldın. Bu mənada, fərdi olaraq matçın sənin üçün yaxşı alındığını demək olar?
- Bəli, mənim üçün yaxşı oyun alındı.Amma mən də bir neçə aspektdə inkişaf etməliyəm. Təbii ki, komandamız qələbə qazansaydı daha gözəl olardı.
- Səncə, necə etsəyiniz “Soçi” səddini keçə bilərdiniz? Yoxsa, heyətiniz buna imkan vermir deyə düşünürsən?
- Dediyim kimi əslində yaxşı oyun oynadıq. Sadəcə Rusiyadakı matç həlledici oldu.
- Avrokuboklar başa çatdığından indi bütün diqqət çempionata yönələcək. Komandanın və sənin məqsədin nə olacaq?
-Doğrudur, biz artıq çempionata köklənəcəyik. Çempionatda da yaxşı mövqelərdən birini tutmaq üçün oynayacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- “Keşlə”nin heyətində 2 rəsmi oyun keçirdiyinə görə komandaya tam adaptasiya olduğunu söyləmək olar?
- Məşqlərdə var gücümülə çalışıram ki, komandaya tez öyrəşim və komandaya da xeyir vermək haqda düşünürəm. Çempionat başlayanda da oyunlarda dəyişiklik etməyə çalışıram.