"Liverpul"da həsrət bitdi: Van Dayk geri döndü

12:51 - 30 İyul 2021

"Liverpul"un zədəli futbolçuları sıraya dönüb.

 

Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisinin müdafiəçiləri Vircil Van Dayk və Co Qomes zədəsini sağaldıb. Hər iki oyunçu "Herta" ilə keçirilən yoxlama oyununda (3:4) meydana çıxıb.

 

Xatırladaq ki, ötən mövsüm Premyer Liqanın 5-ci turunun "Everton"la oyununda (2:2) rəqib qapıçı Cordan Pikfordla toqquşma zamanı hollandiyalı müdafiəçinin diz bağları qopmuşdu. Co Qomes isə İngiltərə milli komandasının düşərgəsində zədələnmişdi.

 

Van Dayk 285, Qomes isə 259 gündür ki, zədə səbəbindən komandasına kömək edə bilmirdi.

 

Xəbər xətti