UEFA REYTİNQİ: "Qarabağ" Azərbaycanın xalını artırdı

13:20 - 30 İyul 2021

Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
 

Sportal.az xəbər verir ki, Konfrans Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın İsraildə "Aşdod"u məğlub etməsi (1:0) ölkəmizin aktivinə daha 0,250 xal qazandırıb. Bununla da, bu mövsüm Azərbaycanın qazancı 1.000-ə çatıb.
 

Ölkəmiz 13,625 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

Xəbər xətti