"Qarabağ"ın oyununda azarkeş sayına məhdudiyyət qoyulmayacaq

"Qarabağ" Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin AEL klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin səfərdə keçirəcəyi oyunda azarkeş sayına məhdudiyyət qoyulmayıb. Kipr mətbuatının yazdığına görə, “Tisiro” arenasında oynanılacaq matça stadionun tam tutumu sayında (7400 nəfər) azarkeş gəlməsinə icazə veriləcək. Matçda tribunaların dolacağı gözlənilir.

 

Qeyd edək ki, AEL - "Qarabağ" görüşü 5 avqust tarixində keçiriləcək və Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Tarix: 31 İyul [11:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio