Niderland millisinin yeni baş məşqçisi məlum oldu

13:35 - 4 Avqust 2021

Niderland milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "narıncılar"ın sükanı arxasına Lui Van Qal gətirilib. 70 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

 

Bu, Van Qalın milli komandaya 3-cü gəlişidir. O, 2000-2002 və 2012-2014-cü illərdə Niderlan millisini çalışdırıb.

 

Qeyd edək ki, Lui Van Qal Avropa çempionatındakı uğursuz çıxışdan sonra istefa verən Frank de Buru əvəzləyib.

Xəbər xətti