UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xalını artırdı

10:23 - 13 Avqust 2021

Avropa Liqası və Konfrans Liqasında dünən baş tutan matçlardan sonra UEFA-nın yeni əmsallar cədvəli açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Finlandiyada HİK-ə məğlub olan "Neftçi" Azərbaycanın xal ehtiyatına əlavə etməyi bacarmayıb. Bakıda Kiprin AEL klubuna qalib gələn (1:0) "Qarabağ" isə ölkə reytinqini 0, 250 xalartırıb.

 

Ağdam təmsilçisinin qələbəsi irəliləmək üçün kifayət etməyib. Hazırda 14, 125 xalı olan Azərbaycan əvvəlki kimi 30-cudu. 29-cu Polşanın 14, 250, 31-ci Slovakiyanın 14, 000 xalı var.

 

Bu mövsüm Azərbaycan klubları 1, 500 xal əldə edib. Bunun 0, 125-i "Sumqayıt"ın, 0, 625-i "Neftçi"nin, 0, 750-si "Qarabağ"ın payına düşür.

Xəbər xətti