"Qarabağ" və "Neftçi"nin oyunlarının saatı açıqlandı

10:59 - 13 Avqust 2021

"Qarabağ" və "Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki hər iki oyununun başlama saatı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" -  "Aberdin" (Şotlandiya) matçı saat 20:00-da başlayacaq. Komandalar arasında avqustun 26-da “Pittodrie” stadionunda oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə 22:45-də start götürəcək.

 

Avqustun 19-da İsrailin "Makkabi" (Hayfa) klubunu qəbul edəcək "Neftçi"nin oyunu isə saat 21:00-da başlayacaq. Bir həftə sonra Hayfada keçiriləcək cavab qarşılaşmasının start fiti də 21:00-da veriləcək.

 

“Qarabağ” 3-cü təsnifat mərhələsində AEL-i mübarizədən kənarlaşdırıb (1:1, 1:0). “Neftçi” isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-ə uduzub və (2:2, 0:3) Konfrans Liqasına yuvarlanıb.

Xəbər xətti