"Bursaspor"un sabiq çalışdırıcısı: "Azərbaycanda yaxşı futbolçu çoxdu, Türkiyədə onların qiymətini bilmirlər"

11:57 - 13 Avqust 2021

“Bursaspor”un sabiq futbolçusu və baş məşqçisi Güvənç Kurtar Sportal.az saytına açıqlama verib. Vaxtilə Azərbaycanda da çalışmış türkiyəli mütəxəssis “Neftçi” və Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovun “Bursaspor”a mümkün keçidinə şərh verib.

2008-ci ildə Bursa təmsilçisinin baş məşqçisi kimi çalışmış Kurtar bu cür danışıb:

“Bu gün elə “Bursaspor”un prezidenti ilə görüşüm olacaq. Onunla söhbətim olacaq. Namiq Ələsgərovun transferi? Namiq Ələsgərovu yaxından izləmədiyimə görə onun haqda bir söz deyə bilmərəm. Sadəcə ötən mövsüm bombardir olmasından xəbərdaram.

Azərbaycanda yaxşı futbolçu çoxdu, sadəcə Türkiyədə onların qiymətini bilmirlər. Məsələn, ötən mövsüm burada Araz Abdullayev oynadı, çox da yaxşı oynamağa başlamışdı. Bura gələn azərbaycanlı oyunçuları çox da oynatmayıblar. Çox qəribə yerdi bura. Namiq Ələsgərov da gələrsə, uğurlu çıxış edər. Azərbaycanlılar burada yaxşı oynayarlar.

Buradakı məşqçilər o qədər də səviyyəli deyil ki, futbolçunun keyfiyyətini görsün. Mən baş məşqçi işləyəsi olsam, Bədavi Hüseynov, Qara Qarayevi Superliqa klubunda belə oynadaram".

Xəbər xətti