"Bu cür oyunla "Neftçi"yə çətin olacaq"

13:17 - 13 Avqust 2021

“Neftçi”nin HİK-ə məğlubiyyətini gördüm, oyunu izlədim. Təbii ki, “Neftçi”nin məğlubiyyətinə çox üzüldüm. Halbuki evdə 2:2 oynasa da, “Neftçi”nin Finlandiyada mərhələni keçəcəyinə inanırdım”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Neftçi”nin sabiq oyunçusu Aleksandr Çertoqanov deyib.


Beş ilə yaxın “Neftçi”də oynamış Çertoqanov Konfrans Liqasının pley-off mərhələsində “Makkabi”yə(Hayfa) qarşı da çətin olacağını söyləyib: “Neftçi”yə “Makkabi” ilə oyuna da uğurlar arzulayıram. Amma bu cür oyunla “Makkabi”yə qarşı da çətin olacaq.

​Hələ ki, Avropada hazırki oyunla irəliləyə bilmirlər. Amma ümid edək ki, hər şey yaxşı olacaq”.

 

Xəbər xətti