Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov “Baku Sporting” klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, veteran futbolçu idman direktoru vəzifəsində çalışırdı. Nadirov ayrılığının səsəbləri haqda saytımıza açıqlama verib:
"Fikirlərimiz üst-üstə düşmədi. Mənim heyfim gəlir, çox əziyyət çəkmişəm. Hər şeyi sıfırdan yığmışam. Oradakı uşaqlara görə təəssüflənirəm. Mən kabinetdə oturmurdum, işim meydançada idi. Kabinetdə oturmağı xoşlamıram. Uşaqlarla məşq edirdim, onları başa salırdım. 3 il ərzində yaxşı komanda formalaşdırmışdıq. Orada olan uşaqları "Neftçi", "Qarabağ" istəyir. Yaxşı futbolçular yetişdirmişdik. Uşaqların məşqinə, yuxularına, qidalanmağına kimi hər şeyə fikir verirdim. Necə əziyyətlər çəkdiyimi, necə futbolçu olduğumu onlara başa salırdım.
MFL-in direktoruyam hazırda. Orada uşaq məktəbi də açmağı planlaşdırıram. Futbol məktəbimiz Olimpiya Stadionunda olacaq. Bundan başqa gələcəkdə özümə özəl futbol məktəbi də açmaq istəyirəm. "Baku Sporting"lə yollarımız ayrıldı, onlara da təşəkkür edirəm. Halallaşıb çıxdım. Bir şey mənim istədiyim kimi olmayanda orada qalmaq istəmirəm".
saytlarin hazirlanmasi