Konqo millisinin üzvü "Zirə"də

14:21 - 13 Avqust 2021

“Zirə” daha bir transferi həyata keçirməyə hazırlaşır.

Sportal.az saytının özəl məlumatına görə, qəsəbə təmsilçisi İves Simon Pambunu heyətinə qatacaq.

Rəşad Sadıqovun komandası yaxın günlərdə 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayacaq.

1995-ci il Fransada dünyaya göz açan Pambu karyerası ərzində “Reccina”, “Dunayska Streda”, “Hapoel Petah-Tikva”, “Qrenobl” kimi klublarda oynayıb. Konqo millisinin üzvünün son komandası Rumıniyanın “Qaz Metan” klubu olub.

Xəbər xətti