"Bavariya"nın müdafiəçisi Benjamin Pavar sıradan çıxıb.
Sportal.az xəbər verir ki, ayağından zədə alan 25 yaşlı oyunçu yeni mövsümün əvvəlində komandasına kömək edə bilməyəcək. Onun sağalması üçün təxminən 4 həftə lazım olacaq.
Qeyd edək ki, Pavar ötən mövsüm 36 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.