Ulduz futbolçu daha 4 il "Liverpul"da

15:48 - 13 Avqust 2021

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi müdafiəçi Vircil Van Deyklə yeni sözləşəmə imzalayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, Niderland millisinin üzvü ilə imzalanan müqavilənin müddəti 2025-ci ilin yayına kimidi.

 

Qeyd edək ki, 30 yaşlı mərkəz müdafiəçisi "Liverpul"a 2018-ci ilin yanvarında "Sauthempton"dan keçib. Van Deyk "qırmızılar"ın heyətində meydana çıxdığı 130 oyunda 13 qol vurub.

 

Resim

Xəbər xətti