"Qarabağ"ın veteran futbolçusu Emin İmaməliyev Sportal.az saytına müsahibə verib. 5 ilə yaxın “Qarabağ”ın formasını geyinmiş İmaməliyev komandanın avrokuboklardakı çıxışını dəyərləndirib:
- “Qarabağ” Konfrans Liqasının üçüncü təsnifat mərhələsində AEL səddini çətinliklə də olsa, keçə bildi. Ümumi oyunu “Qarabağ” üçün necə dəyərləndirirsiniz?
- “Qarabağ” hər iki oyunda rəqibindən üstün tərəf idi. Elə bunun da nəticəsində növbəti mərhələyə yüksələn komanda oldu. Bu münasibətlə mən də “Qarabağ” ailəsini təbrik edirəm.
- 90 dəqiqə 0:0 bitsəydi, oyun əlavə vaxta və penalti vuruşlarına qədər gedə bilərdi. Yoxsa, siz sona qədər “Qarabağ”ın 90 dəqiqə ərzində qələbə qazanacağına inanırdınız?
- Ümumiyyətlə, indi heç bir oyun asan olmur. Hər oyun çətin və ağır olur. İstənilən halda, mən inanırdım ki, “Qarabağ” qol vuracaq və oyunun əlavə vaxta getməsinə imkan verməyəcək. Oyun əlavə vaxta getsəydi belə, "Qarabağ"ın qələbə qazanacağına inanmağa davam edəcəkdim.
- "Qarabağ"ın oyununda, ilk oyunla dünənki arasında artım hiss olunurdu?
- Əlbəttə ki, oyundan-oyuna “Qarabağ”ın oyununda artım hiss olunur. Bu da gözlənilən idi.
- Yeni transfer Kadi Borgesin vurduğu qolu necə şərh edərdinz? Oyuna o qədər də yaxşı qoşulmamışdı sanki, amma sonda qələbəni gətirən qolu vurdu...
- Bu cür oyunlara ehtiyatdan girmək bir az ağır olur. Çünki oyunun tepmini tutmaq çətin gəlir. Buna baxmayaraq, Kadi meydana daxil oldu və oyunun taleyini vurduğu qolla həll etdi. Qolu da baxımlı alındı.
- Növbəti mərhələdəki rəqib “Aberdin” olacaq. “Qarabağ” bu səddi də keçməyə müəssər olacaq?
- Pley-off mərhələsindəki rəqib də güclüdü. Əlbəttə ki, bayaq dediyim kimi asan oyun yoxdu. Asan olmasa da, “Qarabağ”ın “Aberdin” səddini keçəcəyinə inanıram. Şotland futbolu atletik futbol deməkdi. “Qarabağ”a asan olmayacaq. Lakin təkrar edirəm, “Qarabağ”ın “Aberdin” səddini keçəcəyinə inamım böyükdü.
- Komandanın yeni transferlərə ehtiyacı var? Sizcə, Ramil Şeydayev nəyə görə 5-6 metrdən qapıya dəqiq zərbə vura bilmir?
- Transfer məsələsini daha Qurban Qurbanov bilər. Hansı mövqeyi gücləndirmək lazımdı, baş məşqçi bilir.
