"Zirə" məşhur şirkətlə əməkdaşlığa başladı

16:15 - 13 Avqust 2021

Gənclərə və idmana aid layihələr icra edən “Nar” şirkəti və “Zirə” Peşəkar Futbol Klubu arasında sponsorluq və əməkdaşlığa dair müqavilə imzalanıb.

 

Sportal.az xəbər verir ki, bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb. Artıq “Zirə”nin formasında, ev oyunlarının keçirildiyi meydançanın kənarında “Nar” loqosunu görmək mümkün olacaq. Əsas məqsəd “Zirə” klubuna dəstək olmaq, futbolun kütləviliyini artırmaq və gəncləri sağlam həyata yönləndirməkdir.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.

 

“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər xətti