“Zirə” daha 3 gənc futbolçunu heyətinə qatıb.
Sportal.az xəbər verir ki, 20 yaşlı Ramin Əhmədov və Samir Qurbanovla 4, 21 yaşlı Rüstəm Nuriyevlə isə 3 illik müqavilə imzalanıb.
Hər üç futbolçu ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edib. Ramin Əhmədov və Rüstəm Nuriyev “Zaqatala”, Samir Qurbanov isə “Kəpəz” klubunun formasını geyinib.