"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov komandanın məşqini izləyib, məşqçi və futbolçu heyəti ilə görüşüb.
Sportal.az xəbər verir ki, Orxan Məmmədov Premyer Liqanın ilk turunda "Qarabağ"a qarşı oyunda və yeni mövsümdə komandaya uğurlar arzulayıb:
"İlk iki turda komandamızı çempionatın favoritləri "Qarabağ" və "Neftçi"yə qarşı maraqlı oyunlar gözləyir. Komandamıza güvənirəm və mövsümün sonunda qarşıya qoyulan məqsədə çatacağımıza inanıram".
saytlarin hazirlanmasi