Vüqar Nadirov: "Qarabağ"ı Konfrans Liqasının qrup mərhələsində görəcəyimizə ümid edirəm"

13:34 - 14 Avqust 2021

Milli komandamızın və "Qarabağ"ın keçmiş futbolçusu Vüqar Nadirov Sportal.az saytına açıqlama verib.

 

Veteran futbolçu Ağdam təmsilçisinin Avropa Konfrans Liqasında kiprin AEL klubu ilə keçirdiyi oyun haqda danışıb:

 

"Qarabağ"ın qalib gəlməsi çox sevindirici haldı. Səfərdə baş tutan oyunda Ağdam təmsilçisinə qarşı çox çirkin hərəkətlər olmuşdu. Cavab matçında "Qarabağ" meydanda öz sözünü dedi". 


Vüqar Nadirov "Qarabağ"ın pley-off mərhələsində qarşılaşacağı Şotlandiyanın "Aberdin" klubu haqda da fikirlərini bildirib. O, rəqibin üstün cəhətlərini qeyd edib:

 

"Aberdin" ucaboy futbolçulardan ibarət komandadı. Şotlandiya təmsilçisi "ikinci mərtəbə"də təhlükəlidi. Onlar əsasən cinah ötürmələrindən istifadə edəcəklər. Ümumi götürəndə yaxşı komandadı. Güclü hücumçuları var. Qurban Qurbanov rəqibi düzgün təhlil edib, meydana yaxşı komanda çıxaracaq. "Qarabağ"a həmişə mövsümün ilk oyunları çətin olur. Komanda oyundan oyuna formaya düşür və daha yaxşı oynamağa başlayır. "Qarabağ"ın Avropa təcrübəsi var və o təcrübədən də istifadə edəcək. Hər rəqibə hörmətlə yanaşmaq lazımdı. Qurban Qurbanov bunu bilir. "Qarabağ"ı Konfrans Liqasının qrup mərhələsində görəcəyimizə ümid edirəm".

Xəbər xətti