Fariz Yusifov: "Frits Ştuxlikə yazdım ki, çatdıra bilmirəm, fəaliyyətimi dayandırıram"

14:14 - 14 Avqust 2021

Keçmiş FIFA referisi Fariz Yusifov Sportal.az saytına açıqlama verib. O bildirib ki, 2021/2022 mövsümünün oyunlarına hakim-inspektor kimi təyinat almayacaq. Sabiq referi işlərinin çoxluğunu əsas gətirərək, bu addımı atıb:

 

"Hakimlərin toplantısına qatılmamışam. İşlə əlaqədər AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlikə məktub yazmışdım. İşlərim çoxdur, çatdıra bilmirəm. Məktubumda qeyd etdim ki, işlərimin çox olması səbəbindən fəaliyyətimi dayandırıram. Bu mövsüm oyunlara təyinat almayacağam. Gələn mövsüm də işlərim çox olsa, oyunlara gəlməyəcəyəm. İşim çox məsuliyyətlidir və vaxtım az olur. Hakimlər həftədə 2 dəfə toplantı keçirirlər. 60 nəfər tabeçiliyimdədir və onları qoyub toplantılara, dərslərə gedə bilmirəm. Əvvələr gedəndə, işdən məni axtarırdılar, çatdıra bilmirdim".

Xəbər xətti