"Neftçi" Namiqə görə qardaş dediyi klubu məhkəməyə verəcək

18:18 - 14 Avqust 2021

“Neftçi” "Bursaspor"la müqavilə imzalayan Namiq Ələsgərovla bağlı açıqlama yayıb.

 

Sportal.az xəbər verir ki, klub futbolçunun Türkiyə klubuna keçməsi ilə bağlı bunları qeyd edib:

 

"Futbolçumuz Namik Ələskərovla bağlı “Bursaspor” klubunun rəsmi müqavilə imzalanması ilə bağlı verdiyi elanla artıq tanışdır. Hesab edirik ki, futbolçumuz heç bir əsas olmadan klubu ilə birtərəfli şəkildə müqaviləyə xitam verib. Bunu əsas alaraq “Neftçi” PFK futbolçusu Namik Ələskərova və müqavilə imzaladığı Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanması ilə əlaqədar vəkillərə tapşırıq verib".

 

"Bursaspor" 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin transferini bu gün açıqlayıb. Ələsgərov 2017-ci ildə "Qarabağ"dan "Neftçi"yə keçmişdi. O, ötən mövsüm 19 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.

 

2019-cu ildə “Neftçi” ilə Türkiyənin “Bursaspor” klubları arasında qardaşlıq və strateji əməkdaşlıq müqaviləsi imzalanmışdı.

 

 

Xəbər xətti