"Kloppun etirazı varsa, məhkəməyə müraciət etsin" - Qvardioladan sərt cavab

15:07 - 15 Avqust 2021

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Liverpul"un baş məşqçisi Yurgen Kloppun "şəhərlilər"in yüksək məbləğli transferlər etməsilə bağlı fikirlərinə cavab verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis almaniyalı çalışdırıcının daha əvvəl digər klubların da işinə qarışdığını xatırladıb:

 

"Klopp daha əvvəl "Mançester Yunayted", "Çelsi" və PSJ kimi klubları da bu yöndə tənqid edib. Ancaq bütün işlərimiz qanunladır. Əgər Kloppun etirazı varsa, məhkəməyə müraciət etsin. Maliyyə Feyr-Pley qaydaları bizim üçün də keçərlidir. Əgər "Liverpul" narazıdırsa, məhkəməyə şikayət etsin".

Xəbər xətti