"Real"dan "Mançester Yunayted"ə keçən Rafael Varan transferi barədə danışıb.
Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü bunları deyib:
"Karyeramda bacarmaq istədiyim çox şey var. Titullar qazanmaq istəyən heyətin tərkibindəyəm. "Mançester Yunayted"də oynamaq fürsətini geri çevirə bilməzdim. Premyer Liqada oynamaq fürsəti gözəldir. Ən yüksək səviyyədə oynamağa hazır olan komandaya gəldim. Bu klubun bir parçası olmaq üçün əlimdən gələni edəcəyəm".
28 yaşlı mərkəz müdafiəçisi "qırmızı şeytanlar"la 5 illik müqavilə imzalayıb. Mançester təmsilçisi bu keçid üçün 41 milyon funt-sterlinq təzminat ödəyib.
saytlarin hazirlanmasi