Millinin Bosniya və Herseqovina ilə oyunları üçün heyəti açıqlandı

12:12 - 16 Avqust 2021

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət millisi ilə yoldaşlıq görüşləri keçiriləcək.

 

Sportal.az xəbər verir ki, matçlar avqustun 17-də və 19-da olacaq. Bosniya və Herseqovinada təşkil olunacaq oyunlar üçün U-17 millimizə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

 

Qapıçılar: Vaqif Məlik-Yeqanov ("Qarabağ"), Məmməd Muradov ("Qəbələ");

 

Müdafiəçilər: Ravil Qafarov, Samir Ağayev, Murad Musayev, Rüfət Bədəlzadə ("Qəbələ"), Musa Məmmədov, Rauf Hüseynli ("Qarabağ"), Rüfət Abbasov, Ömər Qurbanov ("Neftçi"), Arzu Atakişiyev ("Kəpəz");

 

Yarımmüdafiəçilər: Şahin Şahniyarov, Eşqin Əhmədov ("Qəbələ"), Murad Ələkbərov ("Zirə"), Maksud Dursunov ("Dinamo", St.Peterburq, Rusiya), Adəm Topalov ("Səbail"), Murad Məmmədov ("Neftçi"), İbrahim Ağayarov ("Qarabağ"), Nahid Əliyev ("Moskovskaya Zastava" Rusiya);

 

Hücumçular: Sənan Ağalarov ("Qəbələ"), Sadiq Şəfiyev ("Kəpəz").

Xəbər xətti