Polşanın "Visla" klubunda çıxış edən Anton Krivotsyuk Azərbaycan milli komandasına dəvət alıb.
Sportal.az xəbər verir ki, bu barədə Plok təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi millimizin DÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq, Portuqaliya və İrlandiyaya qarşı keçirəcəyi oyunlar üçün çağırılıb.
Qeyd edək ki, milli komandamız sentyabrın 1-i Lüksemburq, 4-ü İrlandiya, 7-si isə Portuqaliya ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi