Pep Qvardiola: "Belə başlanğıc normaldır"

18:50 - 16 Avqust 2021

İngiltərə Premyer Liqasının 1-ci turunda "Tottenhem"ə uduzan (0:1) "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis məğlubiyyəti şərh edib:

 

"Kifayət qədər hazırlıq vaxtımız olmadı. Avropa çempionatından sonra zaman az qalmışdı. Bu qədər az hazırlıq dönəmindən sonra uğursuz start normaldır. Komandada ab-hava yaxşıdır, amma uduzduq. Hətta bəzi şeyləri o qədər yaxşı etdik ki, mən buna təəccübləndim. Bir çox futbolçu koronavirus və Avropa çempionatı səbəbindən komandaya gec qoşuldu. Qarşıda zaman var, yaxşı formada olacağıq. Futbolda qol vurmalısan, biz bacarmadıq, amma Son vurdu və "Tottenhem" bizi məğlub etdi".

Xəbər xətti