Komitə sədri: "VAR sisteminin tətbiq olunması ilə bağlı işlərimiz davam edir"

19:57 - 16 Avqust 2021

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik Azərbaycan Premyer Liqasında VAR-ın tətbiq edilməsi üçün görülən işlər barədə danışıb.

 

Sportal.az xəbər verir ki, o, federasiyanın mətbuat xidmətinə verdiyi açıqlamasında bunları deyib:

 

“Yeni mövsümün başlanması münasibətilə futbol ictimaiyyətini təbrik edirəm. Artıq ilk turdaca maraqlı oyunların və nəticələrin şahidi olduq. Əlbəttə, Hakimlər Komitəsi olaraq ən böyük arzumuz bütün qarşılaşmaların ədalətli oyun ruhunda keçməsi, qəbul olunan qərarların düzgün olmasıdır. VAR sisteminin tətbiq olunması ilə bağlı işlərimiz davam edir və mümkün qədər qısa zamanda sistemin tətbiqinə çalışacağıq. Məsələn, dünən keçirilən “Zirə” – “Qarabağ” oyunundakı ofsayd epizodunda VAR sistemi düzgün qərarın qəbul olunmasında hakimlərə kömək edə bilərdi. Qısa müddət ərzində Hakimlər Komitəsinin fəaliyyəti, hakimlərin qərarları, peşəkar hakim statusunun tətbiqi ilə bağlı yeni xəbərlər barədə daha şəffaf, daha geniş şəkildə ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracağıq”.

Xəbər xətti