"Keşlə"nin U-15 komandasından ayrılan Ədəhim Niftəliyev Sportal.az saytına açıqlama verib.
O, paytaxt təmsilçisindəki işindən uzaqlaşdırılmağını mətbuatdan oxuduğunu deyib:
"Keşlə"dən ayrılmağımdan xəbərim yox idi. Mətbuatdan oxudum. Klubdan heç kəs mənə deməyib ki, yollarımız ayrılır. Səbəbini bilmirəm. Əgər mənimlə yolları ayırıblarsa, gedib onlara demərəm ki, məni komandaya qaytarın. Mətbuatdan oxuduqdan sonra heç klubla maraqlanmadım ki, məni niyə çıxarıblar. Bir insanı işdən çıxarmaq üçün səbəb olmalıdı. "Neftçi" mənimlə yolları ayıranda mühasibatlıqdan zəng eləyib demişdilər ki, müqavilənin vaxtı bitib və rəhbərlik sözləşməni artırmaq istəmir. "Keşlə" heç onu da eləmədi. Səbəb nədi, bilmirəm. İndi rayondayam, Bakıya gələndə onlarla söhbət edəcəm. Bir insanı işdən çıxarmaq üçün səbəb olmalıdı".
Ədəhim Niftəliyev "Keşlə"də maaşların azalması haqda da danışıb:
"Maaşların azalacağını biz orada işləyəndə demişdilər. Onların dediyi maaşdansa, evdə oturmaq yaxşıdı. "Keşlə"nin verdiyi maaş heç maşınımın benzin puluna çatmırdı. Qaldı ki, hələ 50 faiz azalmağa qol çəkim. Onlar mənimlə maraqlanmır, mən də onlarla maraqlanmıram".
saytlarin hazirlanmasi