İrlandiyalı mütəxəssis Zubiri fərqləndirdi

20:20 - 17 Avqust 2021

İrlandiyalı baş məşqçi Pet Fenlon "Aberdin"in (Şotlandiya) Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Qarabağ"dan danışıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunda oynayan keçmiş futbolçusu Abdullah Zubiri fərqləndirib:

 

"Zubir hər iki ayağı ilə yaxşıdır. O, topla gözəl rəftar edir, meydanı yaxşı görür və mövqe duyumu var. O, sadə oynayır, futbolçuları başına yığıb, aldaddır və bunu xoşlayır. Zubir öz mövqeyində hər kəsdən fərqlənir".

 

Abdullah Zubir 2013/2014 mövsümündə icarə əsasında Şotlandiya təmsilçisi "Hibernians"da çıxış edib.

 

"Qarabağ" - "Aberdin" matçı avqustun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab görüşü 1 həftə sonra Şotlandiyada reallaşacaq.

 

Xəbər xətti