“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, xorvatiyalı müdafiəçi Şpiro Periçiç paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir.
Şpiro karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets” (2012/13), “Solin” (2013/14), “Duqopolye” (2013-2015, 2015-2017), “Slaven Koprivnitsa” (2014/15), “Çibaliya” (2017/18), Sloveniyanın “Mura” (2018/19) və “Maribor” (2019-2021) komandalarında çıxış edib.
Periçiç “Sabah”da 55 nömrəli formada çıxış edəcək.
saytlarin hazirlanmasi