Erkin İbrahimov: "Samir Abasov çalışır ki, günahı başqasının üstünə atsın"

13:21 - 18 Avqust 2021

Futbol meneceri Erkin İbrahimov Sportal.az saytına açıqlama verib.

 

O, Namik Ələskərovun "Neftçi"dən "Bursaspor"a keçməsi haqda danışıb. İbrahimov "flaqman"ın baş məşqçisi Samir Abasovun Namikin gedişi haqda fikirlərinə münasibət bildirib:

 

"Heç bir məşqçi aparıcı oyunçusunun getməsini istəməz. Bu, təbii haldı. Samir Abasovu başa düşürəm. İşin içini bilmədən kənardan danışmaq asandı. Bəlkə də klub rəhbərliyi Namik Ələskərova yeni müqavilə təklif edib. Bunları biz bilmirik". 


Erkin İbrahimov Samir Abasovun "Neftçi"nin yeni futbolçulara ehtiyacı olduğunu deməsi haqda da fikirlərini bildirib:

 

"Samir Abasovu bir məsələdə başa düşmürəm. Deyir ki, transfer lazımdı. Bəs komandaya yeni gələn oyunçular transfer deyil? "Neftçi"yə çox futbolçu gəlib. Sadəcə həmin oyunçular seçilmirlər. Harramiz neçə oyundu rəqibdən oynayır, bir yeni transfer koronavirusa yoluxub. Sezar Meza Kollini, Xəyal Nəcəfovu ki Kamran Quliyev gətirməyib. Onların transferini Samir Abasov istəyib. Samir Abasov çalışır ki, günahı başqasının üstünə atsın". 


Menecer "Neftçi"nin transfer siyasəti haqda da danışıb:

 

"Neftçi"nin transfer siyasəti olsun ki bəyənək də. Bir klubun ki, idman direktoru yoxdu, orada hansı siyasətdən danışmaq olar? İdman direktoru olanda da Ceyhun Sultanov 20 yararsız futbolçu gətirirdi, biri yaxşı olurdu, onu da əlində bayraq edirdi. Ceyhun Sultanov uğursuz olub deyə o demək deyil ki, bundan sonra idman direktoru olmamalıdı.

 

Bu post olmalıdı, idman direktoru klubun onurğa sütunudu. Bütün işləri məşqçiyə tapşıranda belə olur. Siyasət odu ki, il ərzində futbolçuları izləyirsən, gözaltı edirsən. Bu, tək "Neftçi"yə aid deyil, bütün klublarımızda vəziyyət eynidi".

Xəbər xətti