Transfer çalışmalarını sürətləndirən "Zirə" yeni legionerlə anlaşma əldə edib.
Sportal.az Sportinfo.az-ıa istinadən xəbər verir ki, qəsəbə klubunun budəfəki seçimi Loris Broqnodur.
"Qartallar"ın uzun müddətdir danışıqlar apardığı belçikalı yarımmüdafiəçi artıq Azərbaycandadır. Amma hələ münasibətlərin rəsmiləşməsindən söhbət getmir.
Bunun üçün o, hərtərəfli tibbi müayinədən uğurla keçməlidir. Həkimlər adçıkilən vingerin sağlıq durumunda bir problem aşkarlamasa, 1+1 illik müqaviləyə imza atılacaq.
28 yaşlı futbolçu "R.A. Marciennos"un yetirməsidir. Peşəkar futbolda iilk addımlarını "Şarleru"da atıb və 2002-2011-ci illərdə bu klubun şərəfini qoruyub.
2012-2014-cu illərdə "Oud-Heverle Leuven"ə məxsus olub və həmin arada icarə əsasında "Lommel Yunayted"in uğurları üçün tər töküb.
2014-2015-ci illərdə "Mons"un heyətində meydana çıxıb. Daha sonra Niderlanda üz tutub, "Sparta Rotterdam"da çıxış edib.
Qonşu ölkədə 3 il legioner həyatı yaşayan Loris 2018-ci ildə Belçikada "Berşot"la müqavilə bağlayıb və "Zirə"yə gələnədək karyerasını ortada davam etdirib.
saytlarin hazirlanmasi