AFFA "Neftçi" və "Sabah"ı cərimələdi

13:52 - 18 Avqust 2021

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

Premyer Liqanın I turunun “Sabah” – “Səbail” oyununda “Sabah” klubunun 20 nömrəli futbolçusu Mikels Coy-Lens qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

“Neftçi” – “Qəbələ” oyununda “Neftçi” klubunun 80 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd olunduğundan fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat cərimə olunur.

Xəbər xətti