"Qarabağ" yeni hücumçusunu UEFA-ya sifariş etdi

23:00 - 18 Avqust 2021

"Qarabağ"ın yeni transferi İbrahima Vadji Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Aberdin"ə (Şotlandiya) qarşı matçlarda oynaya biləcək.

 

Sportal.az xəbər verir ki, seneqallı hücumçunun adı Ağdam klubunun sözügedən görüş üçün 26 nəfərlik iştirak ərizəsinə ərizəsinə daxil edilib.

 

"Köhlən atlar" 26 yaşlı futbolçunu Norveçin "Hauqesund" klubundan transfer edib və 3 illik müqavilə imzalayıb.

 

"Qarabağ" - "Aberdin"lə ilk oyunu avqustun 19-da  Bakıda keçiriləcək. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada olacaq.

Xəbər xətti