Ozan Tufan İngiltərə klubunda

00:00 - 19 Avqust 2021

"Fənərbaxça"nın yarımmüdafiəçisi Ozan Tufan karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü ilə "Uotford"la anlaşıb. Premyer Liqa təmsilçisi 26 yaşlı futbolçunu 1 milyon avro qarşılığında 1 illik icarəyə götürüb. "Eşşək arıları" Premyer Liqada yerini qoruya bilsə, 7,5 milyon avro ödəyib, futbolçunu birdəfəlik transfer edə bilər.

 

Ozan Tufan 2015-ci ildə "Bursaspor"dan "Fənərbaxça"ya 7 milyon avro qarşılığında keçmişdi.

Xəbər xətti