Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiq ediləcəyi vaxt bəlli olub.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin bu günkü iclasında verilən qərarə əsasən, Premyer Liqada VAR-la bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılacaq. 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulur.
Sentyabrın 1-dən isə Premyer Liqa hakimləri ilə əlaqədar “Peşəkar hakim” sistemi tətbiq olunacaq.
saytlarin hazirlanmasi