"Qarabağ"ın futbol akademiyasında direktor vəzifəsində çalışmış Con Van Leon Sportal.az saytına açıqlama verib. Niderlandlı mütəxəssis Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsinin "Aberdin"lə matçı haqda fikirlərini bildirib:
"Qarabağ"ın "Aberdin"ə qarşı oyunu çox çətin olacaq. Çünki "Qarabağ" son illərdəki qədər güclü deyil. Buna rəğmən, onların yaxşı oynayaraq "Aberdin" səddini keçin qrup mərhələsinə vəsiqə qazanacağına inanıram. Mən özüm də bir gün yenidən "Qarabağ"a qayıdacağıma inanıram".
Van Leon Tofiq Bəhramov adına Respublika stadionun bərbad qazonu haqda da bu cür danışıb: "Çox bərbad meydançadı. Bu cür meydanda oynamaq mümkün deyil. Ümumiyyətlə, ot örtüyündən cavabdeh şəxs cəzalandırılmalıdı".