"Qarabağ" "Aberdin"lə cavab oyununa ciddi itki ilə çıxacaq

10:35 - 20 Avqust 2021

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Aberdin"lə cavab oyununa ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, Patrik Andrade Şotlandiyadakı matçda oynamayacaq. O, cəzalı duruma düşdüyü üçün oyunu buraxmalıdı. Kabo-Verdeli yarımmüdafiəçi Bakıdakı ilk görüşdə (1:0) sarı vərəqə alıb. Bu, ona mövsümdə 3-cü rəsmi xəbərdarlıq olub.

Qeyd edək ki, Aberdindəki matç avqustun 26-da keçiriləcək.

Xəbər xətti