"Heç bir klubumuz qrup mərhələsinə vəsiqə qazanmasa, bu, Azərbaycan futbolunun fiaskosu olar"

11:52 - 20 Avqust 2021

"Kəpəz"in məşqçisi Vidadi Rzayev Sportal.az saytına açıqlama verib.

 

Təcrübəli futbol mütəxəssisi "Qarabağ" və "Neftçi"nin Avropa Konfrans Liqasında keçirdiyi oyunları dəyərləndirib:

 

"İstəyirəm ki, "Neftçi" "Makkabi" səddini keçsin. Amma təmsilçimizin ilk hissədə göstərdiyi oyun bərbad idi. İkinci hissədə "Neftçi" bir az toparlandı. Qırmızı vərəqədən sonra "Makkabi" üstünlüyü əla aldı. Cavab oyunu çətin olacaq. İlk hissəni İsrail klubu çox üstün oynadı. Rəqib meydanında vurulan qol amili ləğv ediləndən sonra şansları 50/50 dəyərləndirirəm. 

 

İlk qolda "Neftçi" müdafiəsi kobud səhv elədi. Samir Abasov əvəzetməni vaxtında etsəydi, hesabı qorumaq olardı. "Makkabi" texnikalı oyunçulara sahibdi. Topla oynamağı xoşlayırlar. İkinci hissə başlayanda arxayınlaşdılar və üç qol buraxdılar. 

 

"Makkabi" evdə yaxşı oynayır. "Neftçi"nin mərhələni keçməsi inandırıcı gəlmir. "Neftçi" hesabı qoruya bilsə, əlavə vaxtda və ya penaltilər seriyasında qalib gələ bilər. Yeganə ölkəyik ki, 8 klubumuzun 50 faizi avrokuboklarda oynayır.Heç bir klubumuz qrup mərhələsinə vəsiqə qazanmasa, bu, Azərbaycan futbolunun fiaskosu olar. 


"Qarabağ"ın oyununda meydança həddən artıq bərbad idi. Hələ cütün taleyi həll olunmayıb. "Aberdin"in də mərhələ adlamaq şansı var. "Qarabağ" üstünlük əldə edib, qrupa düşmək şansı daha çoxdu. Amma səfər oyunu çətin olacaq. Qurban Qurbanov necə oynamaq lazım olduğunu bilir".

Xəbər xətti