"Çelsi"nin futbolçusunun testi pozitiv çıxdı

16:55 - 20 Avqust 2021

İngiltərənin "Çelsi" klubunda bir futbolçu koronavirusa yoluxub.

 

Sportal.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Tomas Tuhel məlumat verib. Alman mütəxəssis yarımmüdafiəçi Kristian Pulişiçin Covid-19 testinin pozitiv çıxdığını açıqlayıb.

 

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi "Çelsi"yə 2019-cu ildə Dortmund "Borussiya"sından transfer olub.

Xəbər xətti