"Aberdin" - "Qarabağ" matçına böyük maraq

00:17 - 21 Avqust 2021

UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada keçiriləcək "Aberdin" - "Qarabağ" cavab oyununa böyük maraq var.

 

Sportal.az xəbər verir ki, "Pittodri" stadionunda oynanılacaq matç üçün 10 mindən çox bilet satılıb. Satışa isə ümumilikdə 18 min bilet çıxarılıb.

 

Avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti